Nature Communications jurnalında dərc edilən araşdırmaya görə, kron xəstəliyinin simptomları stresslə bağlıdır.
McMaster Universitetinin alimlərindən ibarət qrup stress və Kron xəstəliyi arasında əlaqəni müəyyən ediblər.Təcrübə siçanlar üzərində aparılıb.
Kron xəstəliyi ağız boşluğundan başlayaraq anal dəliyinə qədər həzm sisteminin hər hansı bir hissəsini zədəliyə bilən bağırsağın iltihabi xəstəliyinin bir növüdür. Bağırsaqlarda ağrı, iştahsızlıq, nəcisdə qan və / və ya selik kimi simptomlarla xarakterizə olunur.
Eyni zamanda, əvvəlki tədqiqatlar göstərib ki, Kron xəstəliyinin kəskinləşməsinə təsir edən əsas amillərdən biri bağırsaq mikrobiomunda bakteriyaların balanssızlığıdır.
Yeni bir araşdırma, siçanlarda stressin müəyyən bağırsaq bakteriyalarının sayını, həmçinin stress hormonunun səviyyəsini artırdığını müəyyən edib. Alimlər həmçinin stressli şəraitdə immun sisteminin zəifləməsi və zərərli bakteriyaların bağırsaqlarda çoxalmasına imkan verdiyini açıqlayıblar. Bu, bağırsaqda xoraların və digər problemlərin meydana gəlməsinə səbəb olub.

Təcrübə zamanı siçanlara 16 saat stress keçirdiblər. Daha sonra onların stress hormonu səviyyələrini və bəzi bağırsaq bakteriyalarını ölçüblər. Sonda heyvanlara stress hormonlarını azaldan xüsusi dərmanlar verilib. Məlum olub ki, onların immun sistemi yaxşılaşıb, Kron xəstəliyi və bağırsaqlarda olan zərərli bakteriyaların sayı azalıb.

Şərhlər