Danimarka alimləri boşanma və subaylıq həyatın kişilərin sağlamlığı üçün təhlükəli olduğunu bildiriblər.
Boşanma və 7 ildən çox tək yaşamaq kişilərdə erkən ölüm, infarkt və alzheymer riskini artırır. Ancaq bu hal oxşar həyat ssenarisi olan qadınlar üçün keçərli deyil.
Boşanma və tək yaşamaq orta yaşlı kişilərin sağlamlığının pisləşməsinə və erkən ölümünə səbəb ola bilər. Onlardan 7 ildən artıq tək yaşayan və bu müddət ərzində ən azı 2 münasibətdə pis təcrübə keçirənlərin orqanizmində iltihablanma səviyyəsi yüksəkdir.

Kopenhagen Universitetinin alimləri 1986-2011-ci illər ərzində boşanma və ayrılıq yaşayan 48-62 yaşlı 4,8 mindən çox insanın iştirakı ilə aparılan araşdırmadan sonra belə qənaətə gəliblər. Onların sağlamlıq parametrləri bütün bu müddət ərzində evlilikdə və ya daimi tərəfdaşla yaşayanlarla müqayisə edilib. Araşdırmanın nəticələri The Journal of Epidemiology and Community Health jurnalında dərc olunub.
Alimlər ayrılıq yaşayan və ya uzun müddət tək yaşayan qadınlarda belə bir faktı aşkar etməyiblər . Müəlliflər bunu onunla izah edirlər ki, orta yaşlı qadınların eyni yaşda olan kişilərə nisbətən daha çox dostları və rəfiqələri var və onlara güclü emosional dəstək olunur ki, bu da stressin sağlamlığa təsirini azaltmağa kömək edir.
“Nəticələr göstərir ki, kişilər qadınlardan fərqli olaraq , qarşı tərəfdən daha çox asılı, buna görə də onları itirdikdə daha həssas olurlar. Tək yaşayan kişilərin özlərinə qayğı göstərə bilmədiyi və sağlamlıq problemləri zamanı həkimə müraciət etməkdən daha çox istəksiz olduqlarına dair sübutlar var.

Şərhlər