Şəkərdən həddindən artıq istifadə, xüsusən də yeniyetmələrdə ruhi xəstəliklərə səbəb ola bilər. İnsan nə qədər çox şəkər qəbul etsə, simptomlar bir o qədər ağırlaşar. Piylənmə, 2-ci tip şəkərli diabet, diş çürüməsi şirniyyatla əlaqəli xəstəliklərin yalnız bir hissəsidir. İndi bu siyahıya psixi pozuntular da əlavə edilib. Yaponiyalı alimlər müəyyən ediblər ki, psixi problemləri olan yeniyetmələr sağlam insanlardan təxminən 2,5 dəfə çox şəkər qəbul edirlər. Üstəlik, şizofreniya xəstələri nə qədər çox şəkər qəbul etsə, onların vəziyyəti bir o qədər də şiddətli olar.

Bunu yoxlamaq üçün alimlər siçanların üzərində təcrübə aparıblar. “Yetkinlik” tərifinin yaş meyarına uyğun gələn siçanlara, şəkər yedirdiblər. Nəticədə onlarda psixi pozuntuların müxtəlif simptomlarının inkişafı müşahidə edilib: yaddaş itkisi, hiperaktivlik, anormal EEG göstəriciləri və digər əlamətlər.

Oxşar vəziyyət şizofreniya və bipolyar pozuntuları olan xəstələrdə müşahidə olunub.

Şərhlər