Həkim və televiziya aparıcısı Yevgeniy Komarovskiy ürəkdə şiddətli ağrı və ya stress zamanı ürək damcılarının istifadəsindən imtina etməyə çağırıb.

“Çox vaxt nənələrimiz ürəyində ağrılar, başgicəllənmələr, əsəbi olanda və ya babamız ilə mübahisə etdikdə, ümumiyyətlə, özlərini pis hiss etdikdə ürək damcıları içirlər” – deyib Komarovskiy. Adətən bu dərmanların tərkibində güclü sedativlər olur: onlar yalnız müvəqqəti olaraq ağrıları azaldır. İnfarkt və ya insultdan qorumur.

Komarovski vurğulayıb ki, ürəyində ağrılardan əziyyət çəkən şəxs dərhal həkimə müraciət etməli, yaxşılaşacağı ümidi ilə damcı qəbul etməməlidir. Mütəxəssis tam müayinə keçirəcək və dəqiq diaqnoz qoyacaq, bundan sonra xəstəyə həyat tərzi, fiziki fəaliyyət və qidalanma ilə bağlı tövsiyələr verəcək.

Həkim əlavə edib ki, bir çox ölkələrdə belə damcılar istifadə edilmir və müalicə protokollarına daxil edilmir. Özünüzü ürək damcıları ilə müalicə etməyin.

Həkim məsləhəti olmadan derman  qəbulu yolverilməzdir.

 

Şərhlər