Koronavirus tezliklə yox olmayacaq, bəşəriyyət bir neçə il onunla birlikdə yaşamalı olacaq. Pfizer-in baş direktoru Albert Burla La Repubblica-ya verdiyi müsahibədə COVID-19-un yoxa çıxması ilə bağlı danışıb. Onun sözlərinə görə, COVID-19-un kökünü kəsmək çox çətindir, o, bütün dünyada sürətlə yayılır, eyni insana bir neçə dəfə yoluxur, həmçinin bir çox mutasiyaya malikdir. Buna görə də, Burla əlavə edib ki, nə qədər pessimist səslənsə də, koronavirus pandemiyası daha bir neçə il davam edəcək.
Burla qeyd edib ki, pandemiyanın sonunun nə qədər tez gələcəyini heç kim deyə bilməz. “Məsələ virusun yox olub-olmaması deyil, normal həyata qayıda biləcəyimizdir. Düşünürəm ki, yəqin ki, yazda uğur qazanacağıq”. Burla bunun yeni vasitələr: testlər, peyvəndlər və evdə qəbul edilə bilən ilkin dərmanlar sayəsində mümkün olacağını vurğulayıb.
Daha əvvəl Pfizer şirkətinin rəhbəri Burla bildirmişdi ki, koronavirusun omikron ştammına qarşı peyvənd yaza qədər hazır olacaq. Onun sözlərinə görə, dərman təkcə omikrona qarşı deyil, həm də COVID-19-un digər növlərinə qarşı təsirli olacaq.

Şərhlər