Nazirin birinci müavini bildirib ki, “yeni ştamm ölkədə qeydə alınarsa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq”
“Azərbaycanla həmsərhəd olan ölkələrdə yeni növ koronavirus (COVID-19) infeksiyasının Omikron ştammı (Bu vaxta qədər bir sıra ştamlar qeydə alınıb) qeydə alınıb və yayılmaqda davam edir. Ona görə də “omikron” ştammının Azərbaycana gəlməsi və yayılması zamana bağlı olan məsələdir.”
Bunu da dekabrın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
Nazirin birinci müavini bildirib ki, yeni ştam (Ümumdünya Səhiyyə Təşkilatının onun daha sürətlə yayıldığını ehtimal edir) ölkədə qeydə alınarsa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq.