Amerikalı dietoloqlar  gavalı qurusunun gözlənilməz xüsusiyyətini aşkar ediblər. Journal of Nutrition Bulletin-də nəşr olunan bir araşdırmada, şəkər istəyini azaltdığını bəyan ediblər.

Mütəxəssislərin fikrincə, tədqiqat zamanı gavalı qurusu yeyən insanlar daha az aclıq hiss ediblər və daha az kalori qəbul ediblər. Mütəxəssislər bu məhsulu qəlyanaltı üçün ən yaxşılardan olduğunu söyləyiblər. Belə ki, dietoloq Lauren Manaker qeyd edib ki, gavalı qurusu desertləri əvəz edə bilər. O əlavə edib ki, bu qurudulmuş meyvə təbii antioksidantlar, vitaminlər, minerallar və liflə zəngindir. Hər birində təxminən 3,5 qr təbii şəkər və 0,5 qr lif var.

Şərhlər