İspaniya Otolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi Cəmiyyətinin üzvü Kristian Kalvo burun spreylərindən  asılılığın mexanizmindən danışıb.

“İlk günlərdə dərman əla təsir göstərir, burnun selikli qişasını təmizləyir və daha yaxşı nəfəs almağa imkan verir. Bir müddət keçir, burun tutulması adi hala çevrilir. Burun damcısı olmadan yaşamaq çətinləşir. İllərlə burnuna dərman damızdıran insanların sayı 1 deyil, 2 deyil…

Ksilometazolin, oksimetazolin tərkibli spreylər simptomatik təsir göstərirlər. Yəni selikli qişanı daraldıb-kiçildirlər. Bu tip burun damcılarını 5 gündən artıq istifadə eləmək olmaz, əks halda asılılıq yaranır. Uzun müddət yararlandıqda burunun içində rinit baş verir, selikli qişanın funksiyasının pozulması.

Zaman ötdükcə problemin həlli daha da çətinləşir. Burunun öz təbii mikroflorası faktiki məhv edilir, daxildə polip əmələ gəlir, normal nəfəs almaq lap çətinləşir. Bu mərhələdə insan artıq özünə yaratdığı “baş ağrısını” hansısa bir yolla həll etmək iqtidarında deyil. Tənəffüsü bərpa etmək üçün həm asılılıqdan yaxa qurtarmaq, həm də əməliyyat yolu ilə müdaxiləyə ehtiyac duyulur”

Bundan əlavə, həkim burun spreylərindən çox istifadənin qan təzyiqinin yüksəlməsinə, burun çəpərinin zədələnməsinə, insult və ürək-damar problemlərinə səbəb ola biləcəyini bildirib.

Şərhlər